Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2019 09:51
Bakı. Trend:
Çinin şərq vilayəti Çjetszyan bu mövsümün sayca doqquzuncu qasırğası ilə üz-üzə qalıb.
Trend-in məlumatına görə, Çinin Mərkəzi Meteoroloji Xidməti "Lekima" adlı qasırğanın vilayətin sahillərinə avqustun 9-10-da çatacağını proqnozlaşdırıb.
Hazırda qasırğanın hərəkət istiqmətində küləyin sürəti 126 km/saat qeyd edilir. Küləyin sürətinin avqustun 10-da maksimum 162 km/saata çatacağı gözlənilir.
Yerli hakimiyyət qasırğanın fəsadlarının minimuma endirilməsi istiqamətində iş aparır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin