Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2021 16:24
Böyrəklərimiz çox vaxt ona görə ağır yük daşıyır ki, biz o qədər qida məhsullarını və içkini qəbul edirik ki, onları xeyirli adlandırmaq olmaz. Ona görə profilaktika üçün müntəzəm surətdə böyrəkləri zərərli maddələrdən təmizləmək lazımdır.
Sonxeber.net axşam.az-a istinadən böyrəkləri təmizləyən məlhəmlər təqdim edir:
İTBURNU ÇİÇƏYİNİN KÖKLƏRİNDƏN HƏLİM
İtburnu çiçəyinin köklərindən hazırlanmış həlimin müntəzəm istifadə edilməsi ilə böyrək ləyənciklərində və sidikqovucu yollarda, öd kisəsində və qara ciyərin axacaqlarında daşlar xırdalaşdırılaraq əriyir.
1-2 xörək qaşığı doğranmış itburnu kökünü 1 stəkan suda bağlı qabda bişirmək lazımdır. Hazır həlimi soyudun, süzün və stəkanın 1/3 hissəsini gündə 3 dəfə isti halda qəbul edin. Kurs iki həftə davam etməlidir, bir il ərzində müalicənin 2-3 kursunu həyata keçirtmək olar.
Bu həlim C, K, P vacib vitaminlərinin mənbəyidir.
YAŞIL ÇAY
Bu, qaraciyərdə, böyrəklərdə və sidik axarlarında daşların yaranmasına qarşı əla profilaktik vasitədir.
Yaşıl çayı sutkada 1-3 dəfə bir stəkan olmaqla, uzun müddət qəbul edin. Təyin olunmuş hesabata uyğun olaraq, quru dəmin 1 çay qaşığını qaynar suyun bir fincanında dəmləyin. 12-15 dəqiqə saxladıqdan sonra isti şəkildə için.
Yaşıl çayın tərkibində şişlərin yaranmasına maneələr törədən maddələr mövcuddur.
TƏRƏVƏZ ŞİRƏLƏRİ
Onlar sidiyi qələviləşir və uratlı və oksolat daşlarını əridir. Bu daşlar turş mühitdə əriyir. Kökün, xiyarın, qırmızı çuğundurun, cəfərinin, kərəvizin, şüyüdün şirələrindən istifadə etmək olar. Onları ayrı-ayrı, həm də məhlul şəklində qəbul edin. Öz bostanınızda yetişdirilmiş tərəvəzlərdən sıxılmış şirələrdən istifadə etsəniz, daha əlverişli olardı.
Şirənin bir stəkanını gündə yeməkdən yarım saat əvvəl və ya bir saatdan sonra qəbul edin.
Qırmızı çuğundurun şirəsini təkcə qarışıq şirələr üçün istifadə edin və onu qəbul etməkdən 2-3 saat əvvəl sıxın.
Əgər yay vaxtı siz hər gün şirələri içməyə çalışsanız, onda, artıq payız vaxtı siz təkcə böyrəklərə yox, bütün orqanizmə də xeyir gətirə bilərsiniz.