Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yayda qida zəhərlənməsi - Əlamətləri, ilk yardım

Yayda qida zəhərlənməsi - Əlamətləri, ilk yardım

Tarix: 21 Iyun 2021 23:24

Qarın ağrısı, ürək bulanma, qusma və ishal kimi şikayətlər qida zəhərlənməsinin əsas əlamətləridir. Bu əlamətlərin sırasına qızdırma da daxil olarsa, mütləq həkimə getmək lazımdır.

İsti havalarda tez-tez rastlanan sağlamlıq problemlərindən biri də qida zəhərlənməsidir. Ölümə belə, yol açan bu gizli təhlükəyə qarşı necə qorunmalı, nələrə diqqət etməliyik?

Milli.Az yayın bəlası olan qida zəhərlənmələrinin səbəbləri, növləri və müalicəsini təqdim edir.

Qida zəhərlənməsinin səbəbi nədir?

Qida zəhərlənməsi qidaların səbəb olduğu mədə-bağırsaq sisteminə dair şikayətlərə yol açan infeksion bir xəstəlikdir. Qida zəhərlənməsi yeyilən qidanın tərkibindəki bəzi mikroorqanizm və zəhərlərin (toksin) olması nəticəsində ortaya çıxır. Bundan başqa yeməyin metal və bəzi kimyəvi maddələrlə təmas etməsi zəhərlənməyə səbəb olur. Bəzi qidaların özü də zəhərli ola bilər.

Üç formada baş verir:

1. Qidaların üzərindəki mikroorqanizmlərin yeyilmədən əvvəl toksin yaratması nəticəsində baş verən qida zəhərlənməsi

2. Qidalarla alınan mikroorqanizmlərin bağırsaqda yaratdığı toksinlərlə meydana gələn qida zəhərlənməsi

3. Qidalardan qəbul edilən mikroorqanizmlərin bağırsaq divarını işğal və xarab etməsi nəticəsində yaranan zəhərlənmə.

Hansı yeməklərdən daha çox zəhərlənmə baş verir?

Ət və süd məhsulları, quş əti, sosiska, kolbasa, dondurma, mayonez və souslu yeməklər, kremli tortlar, bir müddət quruda qalmış dəniz məhsulları, yumurta, limonad kimi qidalardan dolayı zəhərlənmə ortaya çıxır.

Qusmaq yaxşıdırmı?

Bəli. Çünki qusma bağırsaqlara keçməsinə icazə vermədiyi toksin tərkibli qidaların mədədən bayıra atılmasıdır. Ancaq qusma az olarsa, toksinlərin hamısı qaytarılmadığından bir qismi bağırsaqlara keçir. Nəticədə ishal yaşanır.

Qida zəhərlənməsinin əlamətləri:

Ürək bulanma, qusma, qarın ağrısı, ishal kimi şikayətlər çox yaşanır. İshal qoxusuz və qansız olur. Qızdırmanın yüksək olması ciddi qida zəhərlənməsinə işarədir.

Qida zəhərlənməsi çox vaxt 2-3 gün içində yaxşılaşır.

Antibiotik nə vaxt istifadə edilməlidir?

Yüksək qızdırma, qanlı ishal və şiddətli qarın ağrısı varsa, antibiotik istifadə edilə bilər.

Sadə zəhərlənmələrdə antibiotiklərə ehtiyac yoxdur. Qusmaq üçün də dərman istifadə etmək olmaz.

Necə qorunmalı?

İnsanın immunitet sistemi və gigiyenik təmizliyi son dərəcə əhəmiyyətlidir.

Probiotik və prebiotik qidalanma çox vacibdir.

Açıqda satılan qidalardan və sulardan uzaq durun. Qoxusu, rəngi dəyişmiş, kiflənmiş qidaları yemək qəti qadağandır. /medicina.az

Milli.Az


Etiketlər:  Yayda qida zəhərlənməsi Əlamətləri ilk yardım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ