Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bakı Bildirçin'' MMC-d nöqsanlar aşkarlandı

''Bakı Bildirçin'' MMC-d nöqsanlar aşkarlandı

Tarix: 22 Iyun 2021 16:24

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan Sonxeber.net-a bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində fəaliyyət göstərən Rəhmanov Aqil Arif oğluna məxsus "Bakı Bildirçin" MMC-nin bildirçin kəsimi və yetişdirilməsi sahəsinə baxış keçirilib. Yoxlama zamanı quşçuluq təsərrüfatının normativ texniki sənədlərin tələblərinə əməl edilmədən fəaliyyət göstərdiyi aşkar olunub. Belə ki, sexdə hisə verilmə prosesinin antisanitar şəraitdə, kustar üsullarla hazırlanmış avadanlıqlarda ağac yonqarları vasitəsilə həyata keçirildiyi məlum olub. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, müəssisə rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcəkdir.


Etiketlər:  Bakı Bildirçin nöqsanlar aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ