Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2021 23:10
Alimlər xüsusi tədqiqatlarla bəzi kosmetik vasitələrdə xərçəng törədə biləcək qabiliyyətdə olan substansiyalar aşkarlanıb.
Sonxeber.net xəbər verir ki, bu daha çox qalıcı və suya davamlı kiprik tuşu və dodaq boyalarında çox rast gəlinib.
Kanada və ABŞ alimlərinin birgə elmi araşdırmaları zamanı 230 adda müxtəlif kosmetik məhsul test olunub.
Kosmetik vasitələrə vurulan ftor adlı maddə insan orqanizminə zərərlidir, xərçəng və piylənmə yaradır.
Normadan artıq poliftorlar maye qalıcı dodaq boyası, makiyaj altı üçün baza kremlərdə, suyadavamlı kiprik tuşlarında aşkarlanıb.
29 kosmetik vasitədə 4 tip PFAS var. Suya davamlı, qalıcı, uzun müddət qalan, yuyulmayan sözləri yazılmış dodaq boyası və tuşlarda bunlar daha çoxdur.
Hər gün dodaq boyası çəkənlər 10-20 il ərzində özləri də hiss etmədən kiloqramla kosmetik vasitəni yeyir və orqanizminə ağızdan daxil edir.
Eləcə də gözlərin selikli qişası ilə RFAS tuşdan göz yaşı kanalları ilə başa keçir. Kremlərdən isə dəri ilə hopur.
Bu gedişlə milyonlarla insan toksiki və kanserogen maddə olan RFAS ilə zəhərlənir.
Əslində bu maddə kosmetik məhsul istehsalında qətiyyən lazım deyil və istifadə olunmaya bilər. Onun xərçəng yaratmaq təhlükəsini nəzərə alıb, ümumiyyətlə, qulluq və gigiyena vasitələrində tətbiqi yolverilməzdir. Kosmetika həvəskarları da bunu nəzərə alıb, daha təbii və zərərsiz vasitələr alsınlar, suyadavamlı dodaq boyası və tuşdan istifadə etməsinlər. /medicina.az