Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2019 17:44
Bakı. Trend:
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə müvafiq olaraq Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərovun Şəmkir və Tərtər rayon sakinləri ilə avqustun 9-na nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, qəbul avqustun 16-da saat 10:00-da Şəmkir rayon prokurorluğunun inzibati binasında keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin