Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində iki şəhər arasında kvant məlumatlarını ötürən kanal sınaqdan keçirilib

Çində iki şəhər arasında kvant məlumatlarını ötürən kanal sınaqdan keçirilib

Tarix: 25 Iyun 2021 09:18

Çin alimləri bir-birindən 511 km məsafədə yerləşən iki şəhər arasında təhlükəsiz kvant rabitəsi qurmağa nail olublar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, kvant şəbəkələrinin əsasını kvant qarışıqlığı adlandırılan fiziki hadisə təşkil edir. Çin alimləri artıq keçirilmiş sınaqlar çərçivəsində iki qarışıq foton hazırlayıblar, sonra onlardan birini qəbulediciyə göndərərək təhlükəsiz kvant açarı ilə şifrlənmiş xətt yaratmağa nail olublar. İndiyədək belə xətlərin uzunluğuna məhdudiyyət var idi, ancaq Çinin Elm və Texnologiya Universitetinin alimi Syan Çjan və onun həmkarları retranslyatorun (radio siqnalları qəbul edən və efirə yayan qurğuya deyilir) köməyi ilə bu məhdudiyyəti aradan qaldırmağın yolunu tapıblar.

 

Retranslyator sayəsində sözügedən rabitə xətti məlumatların təhlükəsiz ötürülməsi üçün kvant açarları ilə mübadiləyə imkan verir. Alimlər əmindirlər ki, retranslyatorla işləyən kvant məlumatlarını ötürən xətt yeni təhlükəsiz və səmərəli kommunikasiyaların yaradılmasına kömək edəcək.

 

Emil Hüseynov




Etiketlər:  Çində şəhər arasında kvant məlumatlarını ötürən kanal sınaqdan keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ