Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əhməd yaşama səbəbimdir'' - Afaq Bəşirqızıdan kövrək açıqlama

''Əhməd yaşama səbəbimdir'' - Afaq Bəşirqızıdan kövrək açıqlama

Tarix: 26 Iyun 2021 13:10

Xalq artisti Afaq Bəşirqızı Rövşanə Ağasəfqızının "Olduğu kimi" proqramının qonağı olub.

Sonxeber.net big.az-a istinadən xəbər verir ki, aktrisa obrazlarından danışıb. O, "Söylü, Darçınbəyim, Gülya... İndiki qadınları hansına bənzədirsiniz" sualına "Bugünki qadını zəmanə ilə əlaqədar hadisələr imkan vermir düşünəsən. Qadınlarımızı qazi və şəhid anaları kimi görürəm. Qadınlar torpağı sevib, hörmət etsələr - əsl analıqdır" cavabını verib.

Bəşirqızı ən sevdiyi obrazından danışıb:

"Mənim üçün obrazlarım eynidir. Parlaq deyə fikir yoxdur. Suqranı Söylüdən çox istəyirəm. Amma insanlar Söylünü daha çox sevdirdi. Obrazlarımın hamısını sevirəm, bir-birindən ayırmaram. Sevmədiyim bir pyesi oynayanda, obrazı yaradanda səhnə darıxdırıcı olur".

Həyat yoldaşı Əhməd Təhməzovla bağlı "Əhməd kimdir həyatınızda" suala aktrisa belə reaksiya verib:

"Həyat bələdçim, lüğətsiz, izahsız başa düşənimdir, söykəndiyim dağdır, yaşama səbəbimdir".

A.Bəşirqızı "Səhnəni kimlərdən təmizləyərdiz" sualına "Bütün istedadları bir yerə yığardım. Elə istifadə edərdim ki, bütün istedadlılar bir araya gələrdi. İstedadsızlardan təmizləyərdim səhnəni" sözləri ilə münasibət bildirib.


Etiketlər:  Əhməd yaşama səbəbimdir Afaq Bəşirqızıdan kövrək açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ