Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2021 05:32
44 min hektardan artıq əkin sahəsinin suvarılması yaxşılaşdırılıb
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Zərdabda 44 min hektardan artıq əkin sahəsinin suvarılması yaxşılaşdırılıb
Bu il Zərdabda 3070 hektar sahədə arat aparılaraq pambıq əkilib.
18910 hektar taxıl sahələri 2.7 dəfə, bostan tərəvəz və yonca 2 dəfə, həyətyanı sahələr isə 2 dəfə olmaqla suvarılıb. Hazırda kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarması davam etdirilir.
Fermerlər bu il sahələrdən bol məhsul gözləyir. Sahələrə verilən suyun bir hissəsi Kür çayından götürülməklə nasosstansiyalar vasitəsi ilə 5-10 kilometr məsafədə beton və nov kanallar vasitəsi ilə əkin sahələrinə çatdırılır.
Ümumilikdə Zərdab Suvarma Sistemləri İdarəsi 44 min hektardan artıq əkin sahələrinin suvarılmasına xidmət edir. İdarə tərəfindən su təminatı məqsədilə 68 nasos stansiyası, 1257.8 kilometr suvarma kanallarının, o cümlədən 92.4 kilometr nov kanalların, onlar üzərindəki 600-dən artıq hidrotexniki qurğuların istismarı həyata keçirilir.
Zərdab rayonunda su itkilərini minumuma endirmək, sudan istifadənin səmərəliliyini artırmaq üçün son illərdə 6.5 kilometr asma dəmir-beton nov kanalları və 7.8 kilometr beton kanal əsaslı təmir edilib. Köhnəlmiş nasoslar müasir tipli daha məhsuldar nasoslarla əvəzlənib. Hazırda 6000 hektardan artıq əraziyə xidmət edən Məlikmutlu torpaq məcralı kanalın beton üzlüyə alınması işləri davam edir.
Məlumat üçün bildirək ki, hazırda buğda sahələrində suvarma yekunlaşmaq üzrədir. Yem bitkilərinin, əsasən yonca sahələrinin, bostan-tərəvəzin, çəltik sahələrinin su təminatı intensiv davam edir. Bir neçə ərazidə isə artıq pambığın vegetasiya suvarmasına başlanılıb.