Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məişət kondisionerlərinin idxalı artıb

Məişət kondisionerlərinin idxalı artıb

Tarix: 27 Iyun 2021 19:20

Ötən ilin yanvar-aprel ayı ilə müqayisədə cari ilin ilk 4 ayında mühüm məhsul növlərindən məişət kondisionerlərinin idxalı 2,2 dəfə, paltaryuyan maşınlar 30 faiz, mebellər 8,4 faiz, məişət soyuducuları isə 51 faiz artıb.

Bu ilin yanvar-aprel aylarında hesablama maşınları, blok və qurğularının idxalında isə 10,8 faiz artım müşahidə olunub.

Qeyd edək ki, hesabat dövründə idxal olunan maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.


Etiketlər:  Məişət kondisionerlərinin idxalı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ