Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə DİN iyulun 1-dən məhdudiyyətlərin ləğvi ilə bağlı məlumat yayıb

Türkiyə DİN iyulun 1-dən məhdudiyyətlərin ləğvi ilə bağlı məlumat yayıb

Tarix: 27 Iyun 2021 23:18

Türkiyənin Daxili İşlər Nazirliyi iyulun 1-dən etibarən ölkədə yeni növ koronavirusa (COVID-19) qarşı aparılan mübarizə tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlərin ləğvi ilə bağlı sərəncam imzalayıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, sərəncamda bildirilib ki, iyulun 1-dən fəaliyyətlərinə fasilə verilən bütün iş yerləri, o cümlədən kinoteatrların fəaliyyəti bərpa olunacaq.

Sərəncama görə, kafe, restoran və digər yeməkxanalarda müştəri məhdudiyyəti qoyulmayacaq, qonaq evləri COVID-19-la mübarizə tədbirləri çərçivəsində sosial məsafə, maska və gigiyenik qaydalara əməl olunmaq şərti ilə ənənəvi qaydada fəaliyyətinə başlayacaq. Nikah salonları, şadlıq evlərinin qapalı məkanlarında tətbiq olunan COVID-19-la mübarizə tədbirləri xaric, qonaq sayında məhdudiyyət qoyulmayacaq, konsert salonları və festivalların fəaliyyətinə müəyyən edilmiş tədbirlər çərçivəsində icazə veriləcək.

Cayxana, kafe kimi yerlərdə oyun oynanılması ilə bağlı məhdudiyyətlərə də iyulun 1-dən son qoyulacaq.

Parklar, bağçalar, düşərgələr, gəzinti, istirahət yerlərində tətbiq olunan məhdudiyyətlər də aradan qaldırılacaq.

Bununla yanaşı, qəlyan salonları və qəlyan istifadə edilən kafelərin fəaliyyətinə verilən fasilə yeni qərar qəbul edilənə qədər qüvvədə olacaq, qəlyan xidməti göstərilməyəcək.

Banqladeş, Braziliya, Cənubi Afrika, Hindistan, Nepal və Şri-Lankadan gələnlər və son 14 gündə bu ölkələrdə olanlar üçün məcburi karantin də gələn aydan sona çatacaq.

Əfqanıstan və Pakistandan Türkiyəyə gələnlər və ya son 14 gündə bu ölkələrdə olanlar üçün məcburi karantin müddəti isə gələn ayın 1-dən 10 günə endiriləcək.


Etiketlər:  Türkiyə DİN iyulun dən məhdudiyyətlərin ləğvi ilə bağlı məlumat yayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ