Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın həyatının dövrləri

Qadın həyatının dövrləri

Tarix: 29 Iyun 2021 04:42

Qadının həyatı yaşa görə anatomik, fialoloji xüsusiyyətləri ilə səciyyələnən aşağıdakı dövrlərə ayrılır:
1. Uşaqlıq dövrü.
2. Cinsi yetişkənlik dövrü.
3. Cinsi yetkinlik.
4. Keçid dövrü.
5. Qocalıq dövrü (klimaksdan sonra).
Uşaqlıq dövrü:
Yumurtalıq yavaş-yavaş böyüyür. Estrogenin cüzi miqdarda sintez olunmasına baxmayaraq onların spesifik funksiyası zahir olmur. Bu dövrdə uşaqlığın boynu, uşaqlığın cisminə görə uzun olur. Uşaqlıq yolu dar, boynu nazik, uşaqlıq boşluğu isə dar olur.
Cinsi yetişkənlik dövrü:
9-10 yaşa kimi baş verir, 15-16 yaşa kimi davam edir. Bu dövr iqlimdən və məişət şəraitindən asılı olaraq dəyişir. Bu dövrdə yumurtalıqlarda az miqdar follikulyar hormonlar əmələ gəlir, süd vəzi inkişaf edir.
Yetkinlik dövrü:
Yetkinlik dövrü cinsi yetişkənlik dövründən sonra başlayır və 30-35 il davam edir. Həyatının bu dövrü normal qadınlar üçün aybaşının, sekretor funksiya, hamiləlik və doğuşun baş verməsi üçün ən yaxşı dövr sayılır.
Keçid dövrü:
45-47 yaşdan sonra başlayır və 2-3 il davam edir. Bu dövrdə yumurtalığın funksiyası tədricən azalır və sönür. Bu dövrdə aybaşı tsikli pozulur və kəsilir.
Qocalıq dövrü:
Qadınların qocalıq dövrü aybaşı kəsildikdən sonra başlayır və həyatlarının sonuna qədər davam edir. Bu zaman cinsiyyət üzvləri atrofiyalaşır, uşaqlıq yolu daralır, selikli qişa hamarlaşır, uşaqlıq kiçilir, yumurtalıqlar büzüşür və bərkiyir.


Etiketlər:  Qadın həyatının dövrləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ