Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trombların qarşısını almaq üçün sadə və faydalı yollar

Trombların qarşısını almaq üçün sadə və faydalı yollar

Tarix: 29 Iyun 2021 07:24

Qan insan bədənində həyat boyu sirkulyasiya edir, eyni zamanda zədələnmə nəticəsində qan itkisinin qarşısını almaq üçün laxtalanma qabiliyyətinə malikdir. Bu vəziyyətdə əmələ gələn qan laxtaları sözün əsl mənasında insanı təhlükədən xilas edir, lakin bunun lazımsız olaraq baş verməsi, əksinə, təhlükəli nəticələrə səbəb ola bilər.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, əvvəlcə fiziki fəaliyyəti gündəlik həyat tərzinin bir hissəsinə çevirmək lazımdır. Mütəmadi olaraq iş yolunun bir hissəsini piyada getmək lazımdır. Səhərlər yüngül qaçmaq və ya velosiped sürmək, pilləkənlərlə qalxmaq faydalıdır. Beləliklə, ayaqlarda qan laxtalanmasının əmələ gəlməsində əsas amillərdən birini - hərəkətsizliyi aradan qaldırmaq olar. Orta fiziki fəaliyyət qan laxtalanmasının mümkün digər faktoru olan artıq çəkidən azad olmağa kömək edəcək. Lazımsız artıq çəkidən qurtulmaqla ciddi xəstəlik riskləri əhəmiyyətli dərəcədə azalır. Tromboz zamanı, çox miqdarda tərəvəz, dəniz balığı, zeytun yağı və E vitamini ilə zəngin qidalara üstünlük verməki insana kömək edə bilər. Eyni zamanda qana tez sovrulan karbohidratların (şəkər, un məmulatları və bu kimi ərzaqlar) miqdarını azaltmaq lazımdır. Xatırladaq ki, alkoqol istehlakının ləğvi, həmçinin siqaret çəkmə vərdişindən uzaq olmaq, ilk növbədə insan ömrünü uzatmaq və sağlamlığa qayğı göstərmək deməkdir.


Etiketlər:  Trombların qarşısını almaq üçün sadə faydalı yollar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ