Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şabranda su problemi yaşanır - VİDEO

Şabranda su problemi yaşanır - VİDEO

Tarix: 29 Iyun 2021 12:10

Şabranın Pirəmsən kəndinin sakinləri susuz qalıb. Onlar bir neçə ildir ki, içməli və təsərrüfat suyundan problemlər yaşayırlar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, kəndin yaxınlığından su kanalı keçir, ancaq sakinlər sudan istifadə edə bilmirlər.

Bundan əlavə, kənd üçün yeni subartezian quyusi vurulub, ancaq elektriki verilməyib.

Sakinlər bildirirlər ki, kənddə subartezian quyusu vurulan gündən istifadəyə verilməyib. Sudan əziyyət çəkən insanlar aidiyyəti qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb.

Onlar bildirir ki, subartezian quyusuna elektrik xətti qoşulmayıb. Pirəmsən Bələdiyyəsinin sədri Rahib Əzimov da bildirdi ki, dövlət səviyyəsində subartezian quyusu vurulub, ancaq təhvil verilməyib. Məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət olunub.

İndi Pirəmsən kənd sakinləri onların su probleminin həll olunmasını gözləyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Şabranda su problemi yaşanır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ