Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2021 10:50
Binanın vəziyyəti aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılır
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Sumqayıt şəhəri, 48ci məhəllədə yerləşən 8 saylı binanın sakinləri iddia edirlər ki, yaşadıqlarl ev qəzalı vəziyyətdədir. Evin qəzalı vəziyyətdə olması səbəbindən isə bir çox problemlər ortaya çıxır və burda yaşayan 15 ailə bu çətinliklərin qarşısında aciz qalır.
Araşdırmamız nəticəsində məlum oldu ki, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı 5 mərtəbəli bina 1990-cü ilərdə Sumqayıt şəhəri keçmiş 2 saylı tikinti tresti tərəfindən tikinti sayəsində çalışan işçilər üçün tikilib və elə həmin qurumun balansında olub. Amma qurum ləğv olunduğundan binanın tikinti işləri yarımçıq qalıb və burda məcburi köçkünlər məskunlaşıb. Elə onlar da uzun illər qəzalı vəziyyətdə olan binada yaşayıblar, sonradan isə burdan köçürülüblər. Mənzilinin qəzalı vəziyyətdə olduğunu iddia edən Elman Abdullayev deyir ki, buranı təmir etməkdən ehtiyat edir.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında Fövqaladə Hallar Nazirliyinin əməkdaşları ilə binaya birgə baxış keçirilib. FHN tərəfindən bərkitmə işlərininn aparılması ilə bağlı verilmiş rəy əsasında binada bərkitmə işləri aparılıb. Hazırda da bir girişli binanın ümumi vəziyyəti aidiyyatı qurumlar tərəfindən nəzarətdə saxlanılır.