Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2021 13:50
"Avroviziya-2010" təmsilçimiz Səfurə Əlizadə "Instagram" hesabında iti Caz ilə bağlı paylaşım edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, müğənni alman çoban iti cinsinə məxsus olan Cazı böyüdərkən çətinliklərlə qarşılaşdığını bildirib:
"Kim it almağı düşünürsə, yaxşı fikirləşsin. Bu çox çətin işdir. O, bir yaşa gələnə qədər mən gecəni yatmırdım. Bütün gecəni hürürdü. Mənim imkanım var idi onu təlimə göndərdim. Lakin imkanı olmayanlar da var. Onlar itlərini təlimə göndərə bilmir. Düşünün ki, bütün gecəni hürürlər. Caz kimi böyük itlər elə bütün gecəni elə hürür ki, mən qonşulardan utanıram".