Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaribaşvili ölkəsindəki LGBT qarşıdurmasından danışdı

Qaribaşvili ölkəsindəki LGBT qarşıdurmasından danışdı

Tarix: 6 Iyul 2021 16:00

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 5 iyul tarixində Tbilisidə "Ləyaqət marşı"na etiraz olaraq baş verən qarşıdurmalar zamanı jurnalistlərə qarşı edilmiş zorakılıq hallarını qınayıb. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Baş nazir zorakılıqda təqsirkar olan bütün şəxslərin qanun qarşısında cavab verəcəklərini bildirib.

"Sözsüz ki, dünən gördüyümüz zorakılıq tamamilə qəbuledilməzdir. Və mən bu faktı ictimai şəkildə qınamaq istəyirəm. Dünən baş verənlər tamamilə qəbuledilməzdir. Siz jurnalistlərə qarşı zorakılıq sözsüz ki, qəbul edilə bilməz və bunu qınamaq lazımdı", - deyə Qaribaşvili KİV nümayəndələrinə bildirib. 

O, polisin bütün təqsirkar şəxsləri təyin etmək üçün çox fəal şəkildə çalışdığını da vurğulayıb: "Bu gün səhər üç nəfər saxlanılıb. Dünən də, həmçinin bir neçə şəxs inzibati qanun pozuntularına görə saxlanılıb. Onların şəxsiyyəti müəyyənləşdiriləcək və bu zorakılığı törədən hər kəs cəzalandırılacaq".

Xatırladaq ki, "Tbilisi pride" qeyri-hökumət təşkilatı və onu dəstəkləyən aktivistlər 5 iyul tarixində LGBT cəmiyyətinin hüquqlarının müdafiəsi üçün "Həmrəylik yürüşü" keçirməyi planlaşdırırdı. Lakin etirazçıların aksiyası daha sonradan qarşıdurmaya çevrilib.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, 55 zorakılıq faktı qeydə alınıb ki, bunların da 53-ü KİV nümayəndələrinə qarşı olub. Nazirlik, həmçinin jurnalistlərə hücum faktı ilə bağlı cinayət işi başladıb.

Şəhərdə yaranan vəziyyət nəzərə alınaraq yürüşü keçirməmək qərara alınıb.


Etiketlər:  Qaribaşvili ölkəsindəki LGBT qarşıdurmasından danışdı


RƏYLƏR