Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Volvo şirkəti yeni elektromobil konseptini təqdim edib - FOTO

Volvo şirkəti yeni elektromobil konseptini təqdim edib - FOTO

Tarix: 6 Iyul 2021 23:24

Volvo şirkəti qeyri-adi elektromobil konseptini təqdim edib. Sözügedən elektromobil konsepti Volvo şirkətinin gələcək nəqliyyat növü təsvirini əks etdirir. Bundan əlavə olaraq məşhur avtomobil istehsalçısı daxili yanacaq mühərrikli avtomobillərdən nə zaman imtina edəcəyini də açıqyaıb. Beləliklə təqdim edilmiş Concept Recharge adlı elektromobil konsepti minimalistik interyer əldə edib. Minimalistik interyer öz növbəsində sürücü ilə sərnişinlərə geniş azad mühit təcrübəsini təqdim etmək üçün hədəflənib.

 Arxa qapıların açılması əks tərəfə istiqamətləndirilib. Bu isə sərnişinlərin elektromobilə minib-düşmələri prosesini sadələşdirir. Volvo şirkəti 2025-ci ilə kimi 600.000 ədəd elektromobil istehsal etməyi planlaşdırır. Şirkət həmçinin 2026-cı il üçün Avropada elektromobil istehsalı zavodunu inşa etməyi düşünür. Hal hazırda elektromobillər üçün nəzərdə tutulmuş yeni nəsil batareyalar üzərində aktiv işlər gedir. Yeni nəsil batareyaların hazırlanmasında İsveçin Northvolt adlı şirkəti iştirak edir.

2025-ci ildə satışa çıxarılması planlaşdırılan yeni nəsil batareyalar nəzəri cəhətdən elektromobillərin bir dəfə şarj olunmaqla 1000 km yol qətt etmələrini təmin edəcək. Volvo təmsilçiləri həmçinin bildiriblər ki, onlar öz elektromobillərinə Luminar adlı skanerləri inteqrasiya etməyi planlaşdırırlar. Həmin skanerlər elektromobil ilə səyahəti daha təhlükəsiz və avtopilot sisteminin təməlini təşkil edəcəklər. Bununla paralel olaraq şirkət özünün VolvoCars OS adlı əməliyyat sistemi üzərində də çalışır.

Məlumdur ki, Volvo-nun avtomobillər üçün olan yeni arxitekturası 2 ədəd Nvidia çipinə sahib kompüter ilə təchiz olunmanı tələb edir. Birinci çip avtomobil ilə səyahətin əsas özəlliklərindən, ikinci çip isə elektron sistemlərinin çalışmalarından cavabdeh olacaq. Gələn il şirkət XC90 adlı off-road modelini və XC40 Recharge adlı elektromobili satışa çıxardacaq. 2030-cu ildən başlayaraq isə şirkət daxili yanacaq mühərrikinə sahib avtomobillərin istehsal olunmasını tamamilə dayandırmağı planlaşdırır.


Etiketlər:  Volvo şirkəti yeni elektromobil konseptini təqdim edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ