Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 10:21
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 7-də 58,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,51 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 58,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,51 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 56,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,5 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 55,25 dollar/barel olub, bu da əvvəlki göstəricidən 3,55 dollar/barel azdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin