Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Uşaq dünyaya gətirməməli, çoxalmamalıyıq''

''Uşaq dünyaya gətirməməli, çoxalmamalıyıq''

Tarix: 7 Iyul 2021 17:10

Bodrumda keçirilən ətraf mühitlə bağlı tədbirdə çıxış edən Sərtab Erenerin işlətdiyi ifadələr hər kəsi hiddətləndirib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni qadınların artıq uşaq dünyaya gətirməməli olduğunu bildirib:

"Hər gün yola çıxanda sağa-sola baxmamağa çalışıram, çünki həqiqətən çox kədərlidir. Ən böyük problemimiz isə uşaqdır. Milyardlarla insanıq. Bir az dayanaq. Artıq uşaq dünyaya gətirməməliyik, çoxalmamalıyıq. Siçanlardan betər olduq, hətta onlar belə bizdən az çoxalır".

Erenerin mövzu ilə əlaqədar söylədikləri tədbirə qatılan vətəndaşların sərt reaksiyasına səbəb olub. Onun bu çıxışı yersiz və hörmətsizlik kimi qiymətləndirilib.


Etiketlər:  Uşaq dünyaya gətirməməli çoxalmamalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ