Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Xiaomi” 48 meqapiksel kameralı televizor buraxacaq

“Xiaomi” 48 meqapiksel kameralı televizor buraxacaq

Tarix: 8 Iyul 2021 22:52

"Xiaomi" şirkəti ilk cüt kameralı televizor ilə bağlı təqdimat yayımlayıb. Şirkət "Mi TV 6"nın elanını planlaşdırır. Model bazarda iki kamera alan ilk TV olacaq. Bu komponent gövdənin yuxarı hissəsində gizlədilib, lazım olduqda kamera açılaraq işlək vəziyyətə gəlir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, kamera hər biri 48 meqapiksel iki linzadan ibarətdir. İkili kameranın dəqiq məqsədi açıqlanmayıb, lakin jurnalistlər bunun əlavə reallıq və fitness tətbiqləri üçün istifadə olunacağını düşünür. Bundan əlavə, TV yeni interaktiv rejim alacaq. Elanda cihazın "QLED Quantum Dot" matrisaya və avtomatik parlaqlıq və rəng tənzimlənməsinə sahib olacağı və oyunlar zamanı ultra aşağı gecikmə üçün "AMD FreeSync Premium" texnologiyasını dəstəkləyəcəyi, həmçinin "Designed For Xbox" sertifikatına sahib olacağı bildirilir. Yeni televizorun buraxılışı iyunun 28-nə planlaşdırılıb. Hər şeydən əvvəl "Mi TV 6" Çin bazarı üçün təqdim ediləcək.

Milli.Az


Etiketlər:  Xiaomi 48 meqapiksel kameralı televizor buraxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ