Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pilotsuz avtomobillər yaxın gələcəkdə istifadəyə buraxılacaq

Pilotsuz avtomobillər yaxın gələcəkdə istifadəyə buraxılacaq

Tarix: 8 Iyul 2021 23:56

Rusiyanın texnoloji inkişaf sahəsindəki nümayəndəsinin sözlərinə əsasən, beş-on ildən sonra texnologiyaların tam olaraq haker hücumundan qoruna biləcəyi dövrdə pilotsuz avtomobillər yollarda sərbəst hərəkət edə biləcək.

Mütəxəssisin dediyi kimi, yollara pilotsuz avtomobillərin buraxılması üçün mövcud kiber mühafizə və təhlükəsizlik səviyyəsi qənaətbəxş deyil. Onun sözlərinə görə, pilotsuz təyyarələrin yol trafikinin ayrılmaz hissəsinə çevrilməsi üçün rabitə xətləri etibarlı şəkildə şifrələnmiş kvant bağlantısı ilə təmin etmək lazımdır. Mütəxəssis qeyd edir ki, texnologiya sınaqdan keçirilsə, beş-on il ərzində şəhər küçələrində rahat şəkildə pilotsuz nəqliyyat sistemini işə salmaq mümkün olacaq. Bu texnologiyanın qorunma sitemi yüksək olacaq ki, bu da fiziki cəhətdən onların haker hücumuna məruz qalmağı mümkünsüz edəcək.

Milli.Az


Etiketlər:  Pilotsuz avtomobillər yaxın gələcəkdə istifadəyə buraxılacaq


RƏYLƏR