Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eldar İbrahimov: “Deputatlara verilən töhmətin müddəti 6 aydır"

Eldar İbrahimov: “Deputatlara verilən töhmətin müddəti 6 aydır

Tarix: 9 Iyul 2021 15:06

"Deputatlara verilən töhmətin müddəti 6 aydır. Bu, köhnə Kommunist Partiyasının töhməti deyil ki... Töhmət alan deputatların töhmətlərindən 6 ay keçibsə, artıq bu inzibati tənbehin vaxtı bitmiş hesab olunur".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında MM-in İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.

Deputat bildirib ki, bu, qanunların birinə düşməlidir: "Gələcəkdə bu, əsasnaməyə yox, deputatlarla bağlı qanunların birinə mütləq salınmalıdır".

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə qeyd edib ki, gələcəkdə nizamnaməyə hansısa dəyişiklik nəzərdə tutulsa, deputatlara verilən inzibati tənbeh tədbirinin müddəti məsələsinə baxıla bilər.

Milli.Az


Etiketlər:  Eldar İbrahimov Deputatlara verilən töhmətin müddəti 6 aydır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ