Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2021 21:10
Avropa Parlamenti Rumıniyanın, Bolqarıstanın və Xorvatiyanın Şengen məkanına dərhal daxil olması ilə bağlı çağırış edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, daxili işlər üzrə Avropa komissarı İlva Yohansson qeyd edib ki, Rumıniya, Bolqarıstan və Xorvatiya artıq bu məkanda öz yerlərini tapmalıdırlar.
Sosialistlər və Demokratlar Proqressiv İttifaqının üzvü Tanya Fayon, Bolqarıstanın, Rumıniyanın və Xorvatiyanın hələ də kənarda qalmalarını şərh edərək, Bolqarıstan və Rumıniyanın artıq bir neçə ildir ki, gözləmə salonunda olduğunu xatırladıb, lakin bildirib ki, son qərarı Şengen məkanının bütün üzv dövlətləri yekdilliklə verməlidir.
Qeyd edək ki, Rumıniya və Bolqarıstan 2007-ci ildə Avropa İttifaqına daxil olmasına baxmayaraq hələ də Şengen məkanına daxil deyillər. Buna səbəb məkana üzv ölkələrin bəzilərinin buna qarşı çıxmasıdır.