Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu sahəyə dövlət dəstəyi ilə bağlı mexanizm hazırlanır

Bu sahəyə dövlət dəstəyi ilə bağlı mexanizm hazırlanır

Tarix: 10 Iyul 2021 13:22

"Tullantıların idarə olunmasında təkrar emal müəssisələrinin rolu" mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyində geniş tərkibli görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, ETSN-in, "Təmiz Şəhər" ASC-in, Balaxanı Sənaye Parkının, təkrar emal müəssisələrinin məsul şəxslərinin iştirakı ilə keçirilən görüşün məqsədi tullantıların düzgün idarə olunmasında təkrar emal müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, təkliflərinin, planlarının, problemlərinin öyrənilməsi və onlara dəstək mexanizmlərinin müzakirəsi olub.

Görüşdə təkrar emal müəssisələrinin qarşılaşdığı problemlər, mövcud vəziyyətdən çıxış yolları, xammal ehtiyaclarının ödənilməsində yerli idarəetmə orqanları tərəfindən onlara veriləcək dəstək, yeni təşviq mexanizmlərinin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.

Görüşün sonunda təkrar emal müəssisələrinin istehsal gücünün və potensialının artırılması üçün dövlət dəstəyi mexanizmlərinin hazırlanıb Hökumətə təqdim edilməsi qərara alınıb.


Etiketlər:  sahəyə dövlət dəstəyi ilə bağlı mexanizm hazırlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ