Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2021 19:48
İsrail avqustun 1-i "Pfizer" şirkətinin peyvəndlərinin növbəti partiyasını alacaq.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Naftali Bennet İsrail hökumətinin həftəlik iclasında deyib.
Nazir qeyd edib: ""Pfizer" şirkətinin baş direktoru Albert Burla ilə bir sıra telefon danışıqlarından sonra bu gecə növbəti peyvənd partiyasının İsrailə çatdırılması barədə razılıq əldə etdiyimizi bildirməkdən məmnunam. Bu, mövcud ehtiyatlarla birlikdə bundan sonra İsrail Dövlətində daimi peyvənd ehtiyatını təmin edir".
N.Bennett, eyni zamanda, nazirləri məlumatlandırıb ki, Koreya Respublikası dünyanın ilk peyvənd mübadiləsi razılaşması çərçivəsində İsrailin verdiyi 700 min doza "Pfizer"in tədqiq edib və təsdiqləyib. Bunun qarşılığında növbəti mərhələdə ölkədə peyvəndlərin daimi ehtiyyatını təmin etmək üçün İsrail Cənubi Koreyadan 700 min doza peyvənd alacaq.