Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yadplanetli sivilizasiyanın axtarışı üçün ən ideal yer...

Yadplanetli sivilizasiyanın axtarışı üçün ən ideal yer...

Tarix: 11 Iyul 2021 23:48

Süd Yolu qalaktikasının yaşı 13 milyard il təşkil edir. Qalaktikamızda olan bəzi qədim ulduzlar kainatın yaranmasından bir müddət sonra yaranıblar. Bütün bu müddət ərzində isə bizə yalnız bir texnoloji sivilizasiya məlumdur. Söhbət, insan sivilizasiyasından gedir. Biz indiyənə kimi yadplanetlilərin kosmik gəmilərini, yadplanetli koloniyaları müşahidə etməmişik. Əgər yadplanetli sivilizasiya bizdən yaşca 0.1% böyük olardısa biz bu faktorları artıq müşahidə etməli idik. Lakin belə bir ehtimal var ki, biz sadəcə olaraq doğru tərəfə baxmırıq. Astronomiya və astrofizika üzrə professor olan Jason Wright və onun Pensilvaniya Universitetindən olan həmkarlarının apardıqları modelləşdirmə güman edir ki, kosmik uçuşları mənimsəmiş qədim sivilizasiyaların axtarışı üçün olan ən ideal yer Süd Yolu qalaktikasının mərkəz hissəsidir.

Bu barədə Science Alert saytı xəbər verib. Kosmik kolonizasiyanın mövcud olan riyazi modellərinə əsasən sivilizasiyanın qalaktikada yayılması üçün Süd Yolu-nun yaşından daha çox zaman lazım olacaq. Lakin alimlər bu məsələdə yeni faktoru da qeydə alıblar. Söhbət, qalaktikadakı ulduzların hərəkətlərindən gedir. Süd Yolu qalaktikası əvvəlki riyazi modellərin güman etdikləri kimi statik deyil. Əksinə o, materiya burulğanını xatırladır. Kolonizasiya prosesini reallaşdırmağa çalışmış kosmik gəmilər və ya komsik aparatlar daimi hərəkətdə olan kosmik obyektlər arasında hərəkət etmiş ola bilərlər. Yeni riyazi model sivilizasiyanın kolonizasiyası üzrə əvvəlki tədqiqata əsaslanır.

Hesablamaların nəticələrinə əsasən ulduzların hərəkət etmələri kolonizasiya prosesini təbliğ edir. Kosmik gəmi həyatın mümkün olduğu planetə çatandan sonra həmin planetdə koloniya yaranır. Əgər ətrafda müşahidə edilməmiş planet olarsa, həmin koloniya hər 100.000 ildən bir öz kosmik gəmisini kolonizasiya prosesi üçün göndərir. Kosmik gəminin uçuş radiusu 10 işıq ili, maksimal uçuş müddəti isə 300.000 il təşkil edir. Koloniyanın mövcud olma müddəti 100 milyon ildir. Beləliklə kolonizasiya cəbhəsi yaranır. Sivilizasiya qalaktikanın mərkəzinə çatan kimi həmin hissədə olan ulduzların bir-birilərinə sıx yerləşmələri kolonizasiya prosesi üçün katalizator rolunu oynayır.

Yeni riyazi modelin müəlliflərinin sözlərinə əsasən qalaktika nüvəsini digər sivilizasiyanın olub-olmadığını təyin etmək üçün müşahidə etmək olar. Biz, Süd Yolu qalaktikasının mərkəzini düzünə müşahidə etmək imkanına sahibik. Qalaktikanın daxildən xarici istiqamətə formalaşdığını nəzərə alsaq, görmək olar ki, mərkəz hissədə çoxlu sayda qədim planet mövcuddur və onlar inkişaf üçün yetəri qədər zamana sahib olublar. Lakin indiyənə kimi bizim nəyə görə bu cür yadplanetli sivilizasiyanı müşahidə edə bilmədiyimiz sualı ortaya çıxır. Bu suala mümkün cavablardan biri də odur ki, qalaktikanın bəzi hissələri mənimsənilməyib. Belə ki, həmin hissələr qalaktika mərkəzindən uzaqda yerləşirlər. Kolonizasiya prosesinin isə ən qısa yol ilə baş verməsinə üstünlük verilir. Bundan əlavə olaraq kolonizasiya prosesini reallaşdırmış koloniyalar müəyyən müddətdən sonra təbii faktorlar və resursların çatışmazlığı səbəbilə məhv olmuş ola bilərlər.


Etiketlər:  Yadplanetli sivilizasiyanın axtarışı üçün ideal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ