Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Delta tüğyan edir - Rusiyada rekord ölüm, Türkiyəni isə virus bürüyüb

Delta tüğyan edir - Rusiyada rekord ölüm, Türkiyəni isə virus bürüyüb

Tarix: 14 Iyul 2021 11:50

Rusiyada son 24 saat ərzində ölkədə koronavirusdan 780 ölüm qeydə alınıb. Bu, pandemiyanın başlanğıcından bəri ən yüksək ölüm rəqəmidir.

Sonxeber.net qərb mediasına istinadən xəbər verir ki, son bir sutka ərzində Rusiyada 24 min 702 yoluxma baş verib. Beləliklə, Rusiyada koronavirusa yoluxanların ümumi sayı 5,7 milyon nəfərə çatıb. Pandemiyanın əvvəlindən Rusiyada COVID-19-dan 144 min 492 ölüm qeydə alınıb. Lakin hökumət tənqidçiləri bildirilər ki, real rəqəmlər bundan xeyli yüksək olmalıdır, amma rəsmilər bunu ya gizlədir, ya da ölüm səbəbləri başqa cür göstərilir. Rusiyanın səhiyyə rəsmiləri deyirlər ki, ölkədə yoluxmaların belə kəskin artmasına virusun Delta variantının yayılması səbəb olub. Rusiyada əhalinin yalnız 15 faizinə qədəri peyvənd olunub. Adamların bir çoxu Rusiyanın özündə hazırlanmış Sputnik-V vaksininə etibar etmir. Lakin yoluxma və ölümlərin belə sürətlə artmasına baxmayaraq Kreml ölkədə daha bir karantin elan olunmasını istisna edib.

Delta Türkiyəni bürüyür

Bu arada Türkiyədə koronavirusun Delta ştammına yoluxmanın kəskin artdığı xəbər verilir. Reuters agentliyinin məlumatına görə Türkiyədə gündəlik yoluxmalar bir həftə bundan əvvəlki günə 284-dən günə 750-yə sıçrayıb. Türkiyə karantin qaydalarının bir çoxunu iyulun 1-dən ləğv edib. Lakin həmin vaxt ölkədə koronavirusa yoluxmalar aprel ayı ilə müqayisədə günə 60 mindən 5 minə enmişdi. Səhiyyə naziri Fahrettin Koca deyib ki, bu, bəzi bölgələrdə peyvəndləmənin ləng aparılması ilə bağlıdır. Onun sözlərinə görə, yoluxmaların ən böyük artımı vaksinlənmə ilə ən az təmin olunmuş bölgələrdə müşahidə olunur. O adamları peyvənd olunmağa çağırıb. Nazir bildirib ki, ölkə əhalisinin 61 faizi azı bir doza ilə vaksin olunub. Koca bu rəqəmin gələn həftə 70 faizə çatdırılacağına ümid edir.

Hələ Delta Plus da var

Türkiyədə pandemiyanın əvvəlindən 5,5 milyon yoluxma və 50 min ölüm qeydə alıb. Bu da xəbər verilir ki, Türkiyədə vaksinasiyanın templəri günə 1 milyon dozaya çatdırılıb. 84 milyonluq əhalisi olan ölkədə 38 milyon nəfərə azı bir doza vurulub. Türkiyə peyvəndləmə proqramına yanvar ayında Çinin Sinovac vaksini ilə başlayıb, lakin indi Pfizer/Biontech və Rusiyanın Sputnik vaksinlərindən də isitfadə edilir. İndi artıq Türkiyənin 36 vilayətində koronavirusun Delta ştammı yayılıb. Daha üç vilayətdə isə Delta Plus ştammı aşkar olunub. Səhiyyə Nazirliyi bildirib ki, yoluxmaların yeni dalğası yoxdur və buna görə də yeni karantin qaydaları tətbiq olunmayacaq. Fahrettin Koca bunu da əlavə edib ki, o vaksinasiyanı məcburi etməyəcək, amma səyyar peyvəndləmədən istifadə olunacaq.

Britaniya karantindən yoluxma burulğanından çıxır

Britaniyada koronavirus ölümlərinin həftəlik sayında 50 faiz artım qeydə alınıb. Ölkədə son 7 gün ərzində koronavirusdan 213 ölüm hadisəsi baş verib. Bu rəqəm bir həftə əvvəl 71 idi. Buna baxmayaraq baş nazir Boris Conson iyulun 19-dan sonra bütün karantin qadağanlarının qaldırılacağını elan edib. Buna görə də baş nazir "klinik baxımdam kövrək insanların canavar ağzına atılmasında" ittiham olunur. Millət vəkillərindən biri deyib ki, əvvəllər risk qrupunda olanları yoluxmadan qoruyan tədbirlər vardısa, maska taxılması tələbinin ləğv olunması bu riski daha da artıracaq. Boris Conson qadağaların qaldırılmasına baxmayaraq, vətəndaşlara sosial məsafə saxlanması və maska taxılması kimi qaydalara əməl etməyi tövsiyə edib. O habelə bildirib ki, pandemiya hələ bitməyib. Şotlandiyada maska taxılması icbari olaraq qalacaq. Bu arada İngiltərə xəstəxanalarına koronavirusa yoluxanların qəbulu sayında da sıçrayışlı artım baş verib və bu göstərici son dörd ayda ən yüksək səviyyəyə qalxıb. İyulun 11-də xəstəxanalara 502 pasient qəbul olunub. Bu, martın 6-dan bəri 29 faiz artım deməkdir.

Kamran Seyidov


Etiketlər:  Delta tüğyan edir Rusiyada rekord ölüm Türkiyəni isə virus bürüyüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ