Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Professor ayaqyolunu mayninq cihazına çevirdi- VİDEO

Professor ayaqyolunu mayninq cihazına çevirdi- VİDEO

Tarix: 15 Iyul 2021 20:52

Cənubi Koreyadan olan Cho Jae-weon adlı mühəndis qeyri-adi ayaqyolu konsepsiyasını təklif edib. Belə ki, Ulsan Milli Elm və Texnologiyalar İnstitutunun (UNIST) tələbələri rəqəmsal portmanat əldə ediblər və onlar hər dəfə ayaqyolu tələbatlarını yerinə yetirdiklərindən sonra sahib olduqları rəqəmsal portmanatlara virtual valyutalar keçirilir. Şəhər və ekoloji mühəndislik professoru ətraf mühitin qorunması yolunda qeyri-adi üsula əl atıb. BeeVi adlı ayaqyolu konsepsiyası insan fəaliyyəti səbəbilə ortaya çıxan məhsulların metana çevrilməsinə əsaslanır. Daha sonra metandan qaz plitələrinin çalışmasında, suyun qızdırılmasında və digər avadanlıqların işə salınmasında istifadə etmək olar.

Cho Jae-weon bu layihənin hər bir detalını diqqətlə fikirləşib. Onun sözlərinə əsasən hər bir insan sutka ərzində 50 litr metan generasiya edə bilər. Bu, 0.5 kilovatt saat elektrik enerjisi istehsal etməyə kifayət edir. 0.5 kilovatt saat elektrik enerjisi isə avtomobilin 1.2 km yol qətt etməsinə bərabərdir. Ayaqyolundan hər istifadəyə görə mükafatlandırma qismində UNIST tələbələri Ggool adlı kriptovalyuta əldə edirlər. Sutka ərzində 10 token qazanmaq imkanı yaranır. Tələbələr əldə etdiklər tokenləri öz istəklərinə uyğun istifadə edə bilərlər. Məsələn onlar institut yeməkxanasında yemək və ya kitabxanadan kitablar ala bilərlər.


Etiketlər:  Professor ayaqyolunu mayninq cihazına çevirdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ