Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2021 22:30
"Hepatit C" xəstələri koronavirusa yoluxduqları halda bu diaqnozu olan insanlarda xəstəliyini gedişatı pisləşmir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə baş müstəqil mütəxəssisi, Tibb Fakültəsi Yoluxucu Xəstəliklər kafedrasının professoru Vladimir Çulanov bəyan edib.
"Virusların bir-birlərinə qarşılıqlı təsiri müəyyən edilməyib. Bu virusların fərqli mövcudiyyət arealı var və öz aralarında rəqabət etmirlər. Koronavirus "Hepatit C"nin gedişatını pisləşdirmir", - deyə alim vurğulayıb.
Bununla belə, Çulanovun fikrincə, koronavirus pandemiyası bəzi "Hepatit C" xəstələrinin vaxtında müalicə ala bilməməsinə gətirib çıxardı.