Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2021 20:36
İspaniyada məzuniyyətlər mövsümünün başlanması COVID-19-a yoluxma hallarının artması ilə müşahidə olunub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, İspaniyada 8 milyon insan yenidən komendant saatı rejimində yaşayır, çünki "delta" ştamı ölkədə sürətlə yayılır, xüsusilə də gənclər arasında. Beləliklə, yaşayış yerinin tərk edilməsinə qadağa artıq krallıq əhalisinin 16,9 faizinə şamil edilir (hər altıncı insan).
Kataloniya, Kantabriya, Valensiya məhkəmələri komendant saatının 01.00-dan 06.00-dək tətbiqini təsdiq ediblər. Navarranın səlahiyyətliləri də təxminən bütün ərazidə komendant saatının tətbiq edilməsi üçün məhkəmə qərarı ilə bağlı müraciət ediblər.
Ekspertlər İspaniyada virusun yayılmasının qarşısını almaq üçün əlavə tədbirlər görməyə və yalnız uğurla keçirilən vaksinasiya kampaniyasına etibar etməməyə çağırırlar. Vaksinin tam dozasını ölkə əhalisinin təxminən yarısı alıb.