Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2021 00:03
Sədərək istiqamətində yerləşən döyüş mövqelərimiz yenidən atəşə tutulub
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a bildiriblər ki, iyulun 19-u saat 20.50-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub.
Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.