Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2021 15:03
Viral infeksiyaların qarşısının alınması və müalicəsi üzrə Elmi Məlumat Mərkəzinin direktoru Georgi Vikulov peyvənddən sonra insanların koronavirusa yoluxmasının səbəbini açıqlayıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, ekspert bunun ən çox koronavirusa qarşı immuniteti inkişaf etməyən xəstələrdə baş verdiyini bildirib. Məsələn, bu yaxınlarda peyvəndin birinci mərhələsindən keçənlər.
"İmmunitet cavabının formalaşması üçün ilk dozadan sonra iki-üç həftə gözləməlisiniz. İnsanlar adətən ilk peyvənddən sonra xəstələnirlər, çünki antikor səviyyəsini qiymətləndirmirlər, gizli infeksiyaların olduğunu nəzərə almırlar", - mütəxəssis bildirib.
Vikulov vaksinasiyanın insanı infeksiyadan tamamilə qoruya bilməyəcəyini, ancaq xəstəliyin ağır gedişatını yüngülləşdirəcəyini qeyd edib: "Reanimasiyaya yerləşdirilənləri analiz etmək kifayətdir. İnsanların çoxu peyvənd olunmur".