Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2021 21:57
Mətbəxdə bir sıra yemək və qidaların hazırlanmasında istifadə olunan əşyalardan biri də alüminium falqadır. Lakin təəssüf ki, onun zərərləri haqında çox vaxt xəbərsiz oluruq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova deyib: "Sağlamlıq baxımından mətbəxdə alüminium falqadan istifadə olunması tövsiyə olunmur. Lakin bəzi hallarda hazırlanan qidadan az miqdarda istifadə olunacaqsa və turşuluq dərəcəsi azdırsa, qısa müddət ərzində ondan saxlanılma üçün istifadə etmək olar. Ət, balıq və s. kimi qidalar yüksək temperaturda bişiriləcəksə, yaxud həmin qidaların üzərinə limon sıxılaraq bişiriləcəksə, alüminium falqanın daha zərərli təsiri ola bilər, çünki alüminiumun tərkibindəki toksik maddələr birbaşa qida ilə reaksiyaya girməyə səbəb olduğundan onlar daha sonra orqanizmə keçir".
Onun dediyinə görə, uzun müddət falqadan istifadə olunması da müalicəsiz xəstəliklərə səbəb ola bilir: "Mərkəzi beyin sisteminin pozulması, Alsheymer və ən təhlükəlisi, ağciyərin sərtləşməsi xəstəliklərinə aparıb çıxarır. Daha yaxşı olar ki, alüminium falqanın əvəzinə yağlı kağızlardan istifadə olunsun".
Mütəxəssislər isə mətbəxdə alüminium tərkibli qazan və qablardan uzaq olmağı tövsiyə edirlər. Ona görə də ağız dadını sağlamlığa qurban vermədən zərərli əşyalardan istifadə etməmək məsləhətdir.