Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahir oynadı, "Legiya" qalib gəldi

Mahir oynadı,

Tarix: 22 Iyul 2021 08:15

Milli komandamızın hücumçusu Mahir Emreli Çempionlar Liqasında növbəti oyuna çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, onun çıxış etdiyi "Legiya" (Polşa) yarışın 2-ci təsnifat mərhələsində Estoniya çempionu "Flora" ilə qarşılaşıb.
 
Varşavada keçirilən oyun "Legiya"nın qələbəsi ilə başa çatb - 2:1. Start heyətdə meydana çıxan Mahir 56-cı dəqiqədə əvəzlənib.

"Legiya" (Polşa) - "Flora" (Estoniya) - 2:1
Qollar: Kapustka, 3 (1:0), Sappinen, 53 (1:1), Lopes, 90+1

Komandalar arasında cavab matçı iyulun 27-də Estoniyada keçiriləcək.

Xatırladaq ki, M.Emreli üçün 1-ci təsnifat mərhələsi uğurlu olub. O, "Budyo Qlimt"lə (Norveç) oyunlarda 2 qol vurub, 1 qolun isə ötürməsini edib.

Milli.Az


Etiketlər:  Mahir oynadı Legiya qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ