Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çində əhaliyə 1,5 milyard doza COVID-19 peyvəndi vurulub

Çində əhaliyə 1,5 milyard doza COVID-19 peyvəndi vurulub

Tarix: 23 Iyul 2021 22:46

Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinin gedişində indiyədək əhaliyə 1,5 milyard doza peyvənd vurulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir.

Ötən ilin dekabrında başlayan vaksinasiya prosesinin ilk mərhələsində xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib. Ölkə üzrə əhaliyə vurulan peyvənd dozasının sayı cəmi 25 günə 100 milyondan 200 milyon dozaya, 16 günə isə 200 milyondan 300 milyona yüksəlib. İyunun 19-da bu rəqəm bir milyarda çatıb. Son günlər orta hesabla sutkada 20 milyon doza peyvənd vurulur.

Qeyd edək ki, 1,4 milyard nəfər əhalisi olan Çinin səlahiyyətli qurumları ilin sonunadək əhalinin 70-80 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Vaksinasiya prosesində yerli "Sinopharm" və "Sinovac" şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə "CanSino" şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.

Çin indiyədək təxminən 100 ölkəyə ümumilikdə 500 milyon doza COVID-19 peyvəndi təqdim edib. Xaricə göndərilən vaksinlərin əsas hissəsi 50-dən çox ölkəyə kommersiya prinsipi əsasında ixrac olunub. Müəyyən miqdarda vaksin isə Çin dövləti tərəfindən 80 ölkəyə yardım kimi təqdim edilib.

Çin şirkətləri dünyada COVID-19 vaksinlərinə artan tələbatı ödəmək üçün illik istehsal gücünü 5 milyard dozaya çatdırıblar. Bundan başqa, Çin şirkətləri bəzi ölkələrdə tam və ya qismən vaksin istehsalına da başlayıb.

Milli.Az


Etiketlər:  Çində əhaliyə 15 milyard doza COVID 19 peyvəndi vurulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ