Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Havanın insan səhhətinə təsiri

Havanın insan səhhətinə təsiri

Tarix: 27 Iyul 2021 08:21

Alimlər havanın insan orqanizminə birbaşa təsiri olduğunu söyləyirlər. Xüsusən də xroniki xəstələr üçün havanın necə olacağını bilmək daha vacibdir. Çünki rütubətli və nəm hava xroniki xəstələrin ağrılarını artırır.
İngilis alimləri on minlərlə könüllülərdən ibarət eksperiment keçirmişdir. Alimlər eksperimentdə iştirak edənlərin smartfonuna xüsusi proqram yükləmiş, xroniki xəstələrlə aktiv əlaqədə olaraq onların səhhəti ilə maraqlanmışdırlar. Eksperimentdə iştirak edənlər öz sağlamlıqları və orqanizmlərində baş verən patoloji hallar barədə hər gün həkimləri məlumatlandırmış və bəzi qərarlar qəbul etmişlər. Eksperiment yarım il boyu davam etdirilmiş və nəticələr smartfona qeyd edilərək həkimlərə göndərilmişdir.
Nəticələri yoxlayan mütəxəssislər isti günlərdə insanların özlərini gümrah, yağışlı və rütubətli havalarda isə narahat hiss etdiklərini öyrənmişlər. Belə ki, yağışlı və rütubətli havada insanların əksəriyyəti ağrılardan şikayət etmişdir.
Eksperimentin nəticələrinə əsaslanaraq mütəxəssislər belə bir çıxış etmişlər:
" Biz havanın insan orqanizminə təsir etdiyini bilirdik. Amma istərdik ki, insanlar canları ağrıyan zaman əmin olsunlar ki, bu heç də onların səhhəti ilə bağlı deyil. Qoy onlar bunun səbəbini bilsinlər və sağlamlıqlarına əmin olsullar. Havanın nə cür olmağından asılı olmasına baxmayaraq öz əhval-ruhiyyələrini yüksək tutsunlar".


Etiketlər:  Havanın insan səhhətinə təsiri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ