Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2021 23:40
Daha bir sosial şəbəkə hakerlərin hücumuna məruz qalıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu dəfə kibercinayətkarların hədəfi "Clubhouse" olub. Lakin hakerlər sosial şəbəkə istifadəçilərinin nömrələrilə yanaşı, həmin nömrələrin yaddaşında olan kontaktları da ələ keçiriblər.
Beləliklə də, 4 milyarda yaxın telefon nömrəsi oğurlanaraq satışa çıxarılıb.
Müvafiq satış elanı tematik platformaların birində yerləşdirilib. Hakerlər sübut üçün 83 milyon telefon nömrəsini dərc ediblər.