Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avqustda Almatıda COVID-19-un dördüncü dalğası proqnozlaşdırılır

Avqustda Almatıda COVID-19-un dördüncü dalğası proqnozlaşdırılır

Tarix: 30 Iyul 2021 20:52

Qazaxıstanın Almatı şəhərində COVID-19-la bağlı vəziyyət gündən-günə pisləşir. Virusoloqlar avqustun 3-4-də koronavirusa yoluxma sayında artım gözlənildiyini, ayın 10-12-də isə Almatının koronavirusun dördüncü dalğası ilə qarşılaşacağını proqnozlaşdırırlar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, son sutkada ölkədə 81 nəfər koronovirusdan, 16 nəfər isə koronavirus sətəlcəmindən həyatını itirib.

Qeyd edək ki, ölkə üzrə son sutka ərzində koronavirus infeksiyasında yeni rekord rəqəm - 7479 yoluxma qeydə alınıb.

Ümumilikdə ötən ilin martından Qazaxıstanda koronavirusa yoluxanların sayı 60 min 280 nəfərə çatıb.


Etiketlər:  Avqustda Almatıda COVID dördüncü dalğası proqnozlaşdırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ