Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2021 21:36
Bu mövsümdə rastlanan probemlərdən biri də saç və qaş dərisində qaşınma və yanma hissiyatıdır.
Sonxeber.net xəbər verir ki, bu, tibbdə əm də saç qripi olaraq adlandırılır. Kosmetoloq Mehmet Kandil saç və qaş qripi haqqında danışaraq, saçların "qripə tutulmasının" bir çox səbəbi ola biləcəyini deyib. Onun sözlərinə görə, hər gün istifadə edilən fenin bu işdə böyük rolu var:
"Bu, saç dərisində və köklərində qaşınma, yanma, iynə batmaq hissini verən bir cür problemdir. Saç qripinin birdən çox səbəbi ola bilər. Saçın sıx şəkildə toplanıb hava qəbul etməməsinin qarşısını almaq, hər gün istifadə edilən fenin saç dərisini qurutması və saç jelesinin istifadəsini artırmaq saç qripinə səbəb ola bilər.
Eyni anda yuyulan saçın qurudulmaması, soyuq hava və küləyə məruz qalması, saç dərisinin və köklərinin zamanla üşüyərək qrip olmasına səbəb olur və bu vəziyyət saç diblərində qaşıntıya, yaralara və tökülməyə səbəb olur".
Qalıcı makiyaj mütəxəssisi, bioloq Mehmet Kandil, saç qripini "Şahzadə xəstəliyi" və ya "Rapunzel xəstəliyi" olaraq adlandırıb:
"Bunun səbəbi də qadınların daha uzun və gur saçlara sahib olmasıdır. Tibdə xəstəlik olaraq qəbul edilməyən saç qripinin müalicəsi də mövcud deyil. Ancaq hansı səbəbdən yarandığını bilərək bunu aradan qaldıra bilərsiniz".
Mütəxəssisin sözlərinə götə, saçları uzun müddət havasız buraxmaq olmaz:
"Saç jelesindən çox istifadə etmək və saç kosmetikalarından maksimum dərəcədə imtina etməlisiniz. Saçlar yavaş-yavaş daranmalı və yolunmamalıdır. Yuyulan saç qurudulmadan soyuq hava və küləyə məruz qalmamalıdır, məhraba ilə qurudulmalıdır". /medicina.az