Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəşad İlyasov: “Qohumlarını gördü, sağollaşdı, dünyasını dəyişdi”

Rəşad İlyasov: “Qohumlarını gördü, sağollaşdı, dünyasını dəyişdi”

Tarix: 4 Avqust 2021 18:00

Əməkdar artist Rəşad İlyasov şəxsi həyatı ilə gündəmə gəlib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, "Üzə-düz" proqramında dünyasını dəyişən valideynlərindən danışan Rəşad anası Zərifə xanımın xəstəliyindən bəhs edib:

"Atam vəfat etməzdən əvvəl onun xəstəliyini bilirdik, lakin geri dönüş yox idi. Meylimi anama salmışdım. Ona dedim ki, sənin itkini çəkə bilmərəm. O da dedi, "boş-boş danışma". Anam rəhmətə gedəndə çox cavan idim. "Bax, mən necə dözdüm, sən də elə olacaqsan" dedi. Nənəmin 8 uşağı olub, anam müharibə dövrlərində yaşayıb. Çox çətin günlər görüb.

Anam dedi ki, "Mən siz uşaqlara görə yaşadım, sən də elə olacaqsan, oğlum! Bu, bir reallıq idi. Vay o gündən ki, valideyn qala-qala övlad dünyasını dəyişə..." Bu, bizim son söhbətlərimizdən biri idi. Anamda ürək ağrısı idi. Evə döndü, qohumlarını gördü, sağollaşdı, dünyasını dəyişdi. Onun sözləri böyük təsəlli oldu".

Qeyd edək ki, Rəşad İlyasovun anası Zərifə xanım 74 yaşında vəfat edib. Onun anası 39 il Azərbaycan radiosunda çalışıb.

Milli.Az


Etiketlər:  Rəşad İlyasov Qohumlarını gördü sağollaşdı dünyasını dəyişdi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR