Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Delta ştammı yoluxuculuqda suçiçəyi ilə eynidir - ALİMLƏR

Delta ştammı yoluxuculuqda suçiçəyi ilə eynidir - ALİMLƏR

Tarix: 4 Avqust 2021 21:42

Alimlər koronavirusun yeni variantı Deltanı qızılca ilə müqayisə etdilər. O, qızılca kimi sürətlə keçir və vaksin olunanlara da yoluxur.

Sonxeber.net xəbər verir ki, bu məlumatı ABŞ xəstəliklərə nəzarət mərkəzi yayıb.
Vaksinlər effektvliyini saxlayır, xəstələri ağırlaşma və ölümdən qoruyur, lakin delta variantı ilə üzləşdikdə onlar yoluxmadan pis qoruyur.

Məruzədə qeyd edilir ki, delta ilə yoluxmuş vaksinli şəxslər digərlərini elə vaksin edilməmiş kimi yoluxdura bilər. Orqanizmdə virus yükü isə vaksin olunmuşlarla peyvənd olunmayanlar arasında demək olar eynidir.

Bu onu göstərir ki, koronavirus əleyhinə tədbirlər dəyişir.

Ona görə də vaksin olunmuş şəxslər də mütləq kütləvi və qapalı yerlərdə maska taxmalı, özlərini və digərlərini qorumalıdır. /medicina.az


Etiketlər:  Delta ştammı yoluxuculuqda suçiçəyi ilə eynidir ALİMLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ