Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2021 20:51
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının 80%-dən çoxu "Delta" ştammıdır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkləzinin direktor müavini Paata İmnadze deyib.
Onun sözlərinə görə, ölkədə "Delta" ştammına yoluxma üzrə Tbilisi və Batumi şəhərləri liderdir.
Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusun dördüncü dalğası pik həddə çatıb. Epidemioloji vəziyyətin kəskinləşməsinin 2-3 həftə davam edəcəyi proqnozlaşdırılır.