Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş nazir meşə yanğınlarına görə üzr istəyib

Baş nazir meşə yanğınlarına görə üzr istəyib

Tarix: 10 Avqust 2021 16:16

Yunanıstanın baş naziri ölkəboyu yayılan meşə yanğınları ilə mübarizədəki uğursuzluğa görə üzr istəyib. Yüzlərlə yanğınsöndürən yanğınlarla mübarizə apardığı vaxtda minlərlə şəxs evlərini tərk etməyə məcbur olub. Yanğınlar çoxlu mülkiyyətə ziyan vurub. "Bəlkə də insan olaraq mümkün olanı etdik, amma bu, bir çox hallarda kifayət etmədi," - Kyriakos Mitsotakis deyib.

Sonxeber.net BBC-yə istinadən xəbər verir ki, Afinanın şimal-şərqində yerləşən, bir həftədir alovlanan Evia adasından hələ də qatı tüstü qalxmaqdadır.

Paytaxtın kənarında yerləşən Evia adasında və Yunanıstanın digər bölgələrində onlarla ev və yüz hektarlarla meşə yanıb.

Adanın yüzlərlə sakini təxliyə olunub.

"Evlərinin və ya əmlakının yandığını görən həmvətənlərimizin ağrılarını tamamilə başa düşürəm," - Baş nazir Mitsotakis televiziya müraciətində deyib.

Ancaq o, ölkənin "görünməmiş ölçüdə təbii fəlakətlə üzləşdiyini" söyləyib.

Ölkədə hökumətin reaksiyasındakı gecikmələr və nasazlıqlar, o cümlədən yanğınsöndürən təyyarələrin çatışmazlığı səbəbindən ictimai qəzəb artıb.

Baş nazir "hər hansı bir uğursuzluğun müəyyən ediləcəyini" bildirib, ancaq israrla yanğınsöndürənlərin "çox vaxt imkanlarını aşan fövqəltəbii güclərlə döyüşdüyünü" vurğulayıb.

Yanğınlar nəticəsində üç nəfərin öldüyü, bir neçə şəxsin xəsarət aldığı bildirilir.

Avropa İttifaqı ölkələri, Rusiya, Böyük Britaniya və ABŞ Yunanıstana 1000-dən çox yanğınsöndürən, təyyarə və əlavə vasitə göndərib.


Etiketlər:  Baş nazir meşə yanğınlarına görə üzr istəyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ