Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2021 20:52
Yunanıstanın Krit adasında koronavirusla bağlı məhdudiyyətlər uzadılıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, adada 1:00 -dan 6:00-ya qədər komendant saatı tətbiq olunacaq. Kafe, restoran və əyləncə məkanları musiqisiz işləyəcək. Bundan əlavə, keçirilən tədbirlərdə qonaqların sayı 20 nəfərdən çox olmamalıdır. Qaydaların pozulmasına görə 50-200 min avro arasında cərimə nəzərdə tutulur. Otellərdə musiqi və əyləncə qadağası tətbiq edilmir. Turistlərdən komendant saatına riayət etmələri xahiş olunur. Gündüzlər şəhəri gəzmək və görməli yerləri ziyarət etmək məhdudiyyəti yoxdur.
Qeyd edək ki, Yunanıstanda turist axını ilə paralel olaraq koronavirusa yoluxmalarda artım müşahidə edilir. Bəzi bölgələrdə, o cümlədən Yunanıstanın məşhur Mikonos və Santorini adalarında vəziyyət kritik həddə çatıb. Hökumət orqanları xüsusi məhdudlaşdırıcı tədbirlərlə xəstəliyin yayılmasının iqtisadiyyata təsirsiz ötüşməsi üçün tədbirlər görür.