Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onun üçün xoşbəxtlik torpaqlarımızın azadlığı idi - VİDEO

Onun üçün xoşbəxtlik torpaqlarımızın azadlığı idi - VİDEO

Tarix: 17 Avqust 2021 14:14

Bakalavr və magistr təhsili aldı, peşəkar mtəxəssis olmaq üçün özünü hərtərəfli yetişdirdi. Ancaq məktəb illərindən qəlbində baş qaldıran arzunu heç vaxt kənara qoymadı. Vətən torpaqlarının azadlığı üçün məqamın yetişməsini və bu işə töhfə verməyi ürəklə istədi...

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, söhbət 44 günlük Vətən müharibəsində şəhadətə ucalmış Gəncə şəhər sakini Anar Məmmədovdan gedir.

Anar dövlət qulluğu imtahanına hazırlaşır, xarici dil biliklərini inkişaf etdirirdi. Ancaq gələcəyə aid arzuları onun Vətən sevgisinin önünə keçə bilmədi və elə müharibənin ilk günlərindən döyüşlərə qatıldı. O, Füzuli, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.

Qəhrəman şəhidimiz Anar Məmmədov ölümündən sonra ''Cəsur döyüşçü '',  "Şuşanın azad olunmasına görə" və ''Vətən uğrunda '' medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Onun üçün xoşbəxtlik torpaqlarımızın azadlığı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ