Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirvanda yaşayış binasında uçqun baş verə bilər - TƏHLÜKƏ VİDEO

Şirvanda yaşayış binasında uçqun baş verə bilər - TƏHLÜKƏ VİDEO

Tarix: 18 Avqust 2021 12:44

Şirvan şəhərində yaşayış binalarından biri uçma təhlükəsi ilə üz-üzədir.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, söhbət Şirvan şəhər, 20 yanvar küçəsində yerləşən 1A binasından gedir.

Binanın blokunun tavanı hər an uça bilər. Xüsusilə yuxarı mərtəbələrdə yaşayan sakinlər təhlükə içərisindədirlər.

Sakinlərin sözlərinə görə, hər gün tavandan uçub tökülən daş və taxta qırıqları onlara xəsarət yetirə bilər. Tavanda iri çatlar yaranıb.

Tavanın uçuq hissəsinin altında qaz sayğacının olması təhlükəni artırır.

Məsələ ilə bağlı Şirvan Şəhər Mənzil Təsərrüfatı İdarəsinin rəisi İsmayıl İsmayılov bildirdi ki, nəzarətsiz qalan çənlərdən axan sular tavanın belə vəziyyətə düşməsinə səbəb olur.

O əlavə edib ki, yaxın günlərdə 20 Yanvar 1A binasının məhəlləsində geniş abadlıq və quruculuq işlərinə başlanılacaq. Görüləcək işlər çərçivəsində həmin binada, bloklarda əsaslı təmir işləri aparılacaq. 


Etiketlər:  Şirvanda yaşayış binasında uçqun baş verə bilər TƏHLÜKƏ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ