Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycan torpaqlarını işğaldan qurtarmaq üçün hər şeyi etdi” - Ukraynalı general

“Azərbaycan torpaqlarını işğaldan qurtarmaq üçün hər şeyi etdi” - Ukraynalı general

Tarix: 18 Avqust 2021 15:12

Ukraynalı general: "Azərbaycan torpaqlarını işğaldan qurtarmaq üçün hər şeyi etdi"Viktor Nazarov
"İkinci Qarabağ müharibəsinin nəticəsinin müsbət və məntiqli olduğunu hesab edirəm".

Sonxeber.net bildirir ki, bunu "Report"a açıqlamasında Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsi rəisinin sabiq birinci müavini, general-mayor, tanınmış hərbi ekspert Viktor Nazarov bildirib.

O, Azərbaycanın ötənilki qələbəsinin anonsu ilə bağlı bir tarixçəni də açıqlayıb: "2001-ci ildə Britaniyada seminarda iştirak edərkən Azərbaycan Silahlı Qüvvələrinin təəssüf ki adını xatırlamadığım bir zabiti ilə tanış oldum. Onunla Qarabağdan danışdıq. Mənə dedi ki, Qarabağı geri alacağıq. Hazırlıq təkcə orduya aid deyil, həm də ölkənin, bütövlükdə cəmiyyətin hazır olması lazımdır. Mən soruşdum ki, nə vaxt hazır olacaqsınız? O, dəqiq bilmədiyini, ola bilsin qarşıdakı 15-20 ildə hazır olacaqlarını söylədi və belə dedi: "Əməliyyat keçirib Qarabağı qaytardıqdan sonra heç kim bizi ordan tərpədə bilməz". Ümid edirəm, həmin şəxs indi sağdır, vəziyyəti yaxşıdır".

V.Nazarov deyib ki, İkinci Qarabağ müharibəsinin uğurla aparılması üçün təkcə ordu deyil, cəmiyyət də hazırlanmışdı, zehniyyət dəyişmişdi: "Ordu ilə xalqın birliyinin möhkəmlənməsinə nail olmaq və onu qorumaq çox vacibdir. Siz buna nail oldunuz. Müasir münaqişələrdə itkilərə dözmək çox vacib məsələdir. Məncə, bunun da öhdəsindən gəldiniz. Münaqişənin miqyasını və intensivliyini nəzərə alsaq, itkilər minimaldır. KİV-də rəsmi olaraq yayımlanan rəqəmlərdən danışıram. Vacib məsələ şəhidləri və yaralıları, bütün döyüşənləri unutmamaq, onların qohumlarına və yaxınlarına dəstək olmaqdır. Bu cür fədakarlıqlar yüksək qiymətləndirilməlidir. Məsələn, şəhid ailələrinə sosial müavinətlər ayrılmalı, onların uşaqları və ailələri üçün imtiyazlar olmalıdır. Ümid edirəm ki, sizdə bu barədə düşünüblər və real olaraq tətbiq edirlər. Sülh müqaviləsinin imzalanmasının uzanmasına gəldikdə isə burada geosiyasi maraqlar olmasa da, regional maraqlar artıq işə düşüb. Hərbi baxımdan ona görə danışıqlar aparmaq alınmır ki, çox güman lazımınca sıxılmayıblar. Amma bütün detalları bilmədiyimə görə səhv edə bilərəm. Ümumilikdə İkinci Qarabağ müharibəsinin nəticəsi üçün qısa deyim ki, Azərbaycanda böyük siyasət, strategiya və taktika baxımından hər şey layiqli şəkildə edildi".


Etiketlər:  Azərbaycan torpaqlarını işğaldan qurtarmaq üçün hər şeyi etdi Ukraynalı general


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ