Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürək xəstələri koronavirusu daha ağır keçirir - Həkim

Ürək xəstələri koronavirusu daha ağır keçirir - Həkim

Tarix: 18 Avqust 2021 15:52

Ürək xəstələri ilə sağlam adamlar arasında koronavirusa yoluxma nisbətində o qədər ciddi fərq olmasa da, ürək xəstələri bu xəstəliyi beşqat daha ağır keçirir.

Sonxeber.net bildirir ki, bunu Azərbaycan Tibb Universitetini dosenti, invaziv kardioloq Qalib İmanov deyib. Onun sözlərinə görə, aparılan statistikalar göstərir ki, koronavirusa yoluxan ürək xəstələrinin süni tənəffüsə daha çox ehtiyacı olur:

"Xəstəliyin gedişatını artıran amillərdən biri də istifadə olunan dərmanlardır. Koronavirus yeni olduğundan buna qarşı dərmanların yan təsirləri və fəsadları elmə yeni-yeni məlum olur. Koronavirusa qarşı istifadə olunan antibiotiklərin ürək dərmanları ilə birgə istifadəsi çox təhlükəli ola bilər. Bu baxımdan simptomlar başlayanda ürək xəstələrinə öz həkimləri ilə məsləhətləşmələrini tövsiyə edirik ki, düzgün müalicə seçilsin. İlkin mərhələdə həkimə məlumat vermək vacib şərtdir".


Etiketlər:  Ürək xəstələri koronavirusu daha ağır keçirir Həkim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ