Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elə et ki, üzr istəsin...

Elə et ki, üzr istəsin...

Tarix: 19 Avqust 2021 08:03

"Yoldaşımla barışmaram, artıq bezmişəm, daha dözə bilmirəm" deyib, ata ocağına üz tutmusan. Ağbirçəklər, ağsaqqallar gəlir yanına, sənə "olan olub, keçən keçib, barış, güzəştə get, axı o, körpənin atasıdır, atasız qoyma onu. Söz-söhbətsiz ailə olmur" deyirlər, yol göstərirlər sənə, yanlış düşündüyünü, dürüst qərar vermədiyini söyləyirlər. Sənsə tərsliyinə salmısan, doğru sandığın, əslində isə səni uçuruma sürükləyən yoluna davam etmək fikrindəsən. Hələ ayağın yerə "dəymir", çünki xəyal atında çapırsan. Haraya qədər gedəcəyini, nə edəcəyini özün də bilmirsən.

Barı bir kərə "lənət şeytana! Qayıdım evimə-eşiyimə" deyib, ağsaqqal-ağbirçək sözünü eşit. "Acıqlı başda ağıl olmaz" deyirlər, bir fikirləş, dönə-dönə götür-qoy et. Axı tutduğun yolun sonu daş, qaya, quyudur. Guya təkcə sənsənmi haqlı? - Təbii ki yox!
 
Fikir ayrılığı, söz-söhbət təkcə sizdə deyil ki, hər bir ailədə, hər bir evdə olur. Bəzən kiçik mübahisədən böyük incikliklər törəyir. Olmazmı körpəni qucağına alıb, ata-anana üz tutmaqdansa, o mübahisənin qarşısını alasan, oturub körpəni saxlayasan, ailənin, ocağının qayğısını çəkəsən?
 
Ailədə mübahisə də olar, inciklik də. Çınqıllı, çamurlu, sərt yolla yox, yumşaq yolla get. Bu hansı yoldur, bilirsənmi? - El yoludur, yəni barışıq, səmimiyyət, xoşgörü yolu. Bunu bacarsan, inan, çox çətinliyi adlayarsan, çox şeyə sinə gərərsən. Həmişə od yox, su olsan öhdəsindən gələrsən qarşına çıxan çətinliklərin. Bax onda ailəndə səmimiyyət də olar, sağlam atmosfer də.
 
Ailəni dağılmaqdan qorumaq üçün mübahisə olunan məsələni bir kənara buraxmaq və güzəştə getmək lazımdır. Elə etmək lazımdır ki, bir gün qarşı tərəf yanıldığını anlasın və üzr istəsin...


Etiketlər:  Elə üzr istəsin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ